İDMAN
“Tottenhem” Qaret Beyli heyətinə qatmaq istəyir
Bakı, 13 mart, AZƏRTAC
İngiltərənin “Tottenhem” futbol klubunun rəhbərliyi “Real Madrid”in hücumçusu Qaret Beyli komandaya qaytarmaq niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı uelsli hücumçu yay transfer pəncərəsində İngiltərəyə qayıda bilər. Madrid təmsilçisinin Zinəddin Zidanı yenidən baş məşqçi təyin etməsi Qaret Beylin bu keçidə razılaşmasına səbəb olacaq. Beylin daha əvvələr fransalı məşqçi ilə münasibətinin yaxşı olmaması yayda transfer məsələsində rol oynaya bilər.
Hücumçu üçün daha əvvəl İtaliyanın “Fiorentina” klubu 78 milyon avrodan çox vəsait ödəməyə hazır olduğunu bildirmişdi.
Qaret Beyl cari mövsümdə Madrid təmsilçisinin heyətində 34 oyunda 13 dəfə fərqlənməyi bacarıb.