İDMAN


“Tottenhem” klubu Kristian Eriksenin transferi üçün rekord qiymət müəyyən edib

Bakı, 9 yanvar, AZƏRTAC

Londonun “Tottenhem” klubu yarımmüdafiəçisi Kristian Eriksenin transferi üçün 225 milyon funta sterlinq (250 milyon avro) məbləğində rekord qiymət müəyyənləşdirib.

AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi Erikseni futbol tarixində rekord məbləğə satmağı düşünür. Bu futbolçu ilə “Real Madrid” yaxından maraqlanır.

Qeyd edək ki, “Real Madrid” son illərdə “Tottenhem”dən iki futbolçu transfer edib. Madrid təmsilçisi 2012-ci ildə Luka Modriç üçün 30 milyon funt sterlinq, 2013-cü ildə isə Qaret Beylə görə 101 milyon avro ödəyib.

Kristian Eriksen “Tottenhem”ə 2012-ci ildə Hollandiyanın “Ayaks” klubundan 13 milyon avroya transfer olunub. Cari mövsümdə İngiltərə Premyer Liqasında 18 oyunda meydana çıxan danimarkalı 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.