İDMAN


“Tottenhem” klubu hücumçu Harri Keyn ilə yeni müqavilə imzalayıb

Bakı, 9 iyun, AZƏRTAC

İngiltərənin “Tottenhem” futbol klubu komandanın hücumçusu Harri Keyn ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu ilə altı illik müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, futbolçu 2024-cü ilədək London təmsilçisinin heyətində çıxış edəcək.

H.Keyn açıqlamasında yeni müqavilənin futbol üzrə dünya çempionatından əvvəl imzalanmasının onun üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, bu, onun dünya çempionatına daha rahat hazırlaşmasına imkan yaradacaq. Yeni müqaviləyə əsasən H.Keynin həftəlik məvacibi 200 min avro təşkil edəcək.

İngiltərəli futbolçu sonuncu mövsüm ərzində keçirilən bütün turnirlərdə ümumilikdə 41 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.