İDMAN
“Tottenhem” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
Bakı, 30 oktyabr, AZƏRTAC
İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Dele Alli ilə müqaviləni yeniləyib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub.
Alli “Tottenhem”ə 2015-ci ildə 6,63 milyon avro müqabilində “Milton-Kins Dons” klubundan keçib. Yarımmüdafiəçi Hotspur təmsilçisinin heyətində 153 oyuna çıxıb və 48 qol vurub.
Yayda Alli İngiltərə millisinin heyətində Rusiyada təşkil olunan dünya çempionatında dördüncü olub. Mundialda 4 oyuna çıxan futbolçu 1 qol vurub. Ümumilikdə İngiltərə yığmasında 31 oyun keçirən futbolçu 3 dəfə fərqlənib.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 10 turdan sonra beşinci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:12]
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]