İDMAN


“Tottenhem” yarımmüdafiəçisini itirib

Bakı, 23 yanvar, AZƏRTAC

İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçisi Dele Allini itirib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı ingilis futbolçu “Fulhem” komandası ilə qarşılaşmanın 87-ci dəqiqəsində zədələnib. Tibbi müayinədən keçən gənc futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın ilk on günlüyündə məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm keçirdiyi 17 matçda 5 qol vurub. Dele Alli İngiltərə millisinin heyətində 33 oyunda 3 dəfə rəqib qapısına yol tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.