REGİONLAR


Tovuz “ASAN Həyat” kompleksində hərbi vətənpərvərlik tədbiri təşkil olunub VİDEO

Tovuz, 27 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması və ehtiyata buraxılmış şəxslərin qarşılanması ilə əlaqədar tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz “ASAN xidmət” mərkəzinin direktoru Güntək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev, şəhidlərimizin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.

Qonaqlar əvvəlcə rayonda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad ediblər.

“ASAN Hərbi Vətənpərvərlik” Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərimizin ailə üzvləri, qazilərimiz və çağırışçılar çıxış ediblər.

Daha sonra həqiqi hərbi xidmətdən ehtiyata buraxılan gənclərə hərbi biletləri və xatirə hədiyyələri təqdim olunub və onlar hərbi xidmətlə bağlı sonuncu əməkhaqlarını “YAŞAT” Fonduna ianə ediblər.

Sonra çağırışçılar Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.