Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tovuz döyüşləri xalqımızın daha bir qəhrəmanlıq salnaməsidir – AZƏRTAC dövlət sərhədindən xəbər verir FOTO VİDEO

Tovuz, 12 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə növbəti şanlı səhifə kimi yazılan Tovuz döyüşlərindən iki il keçir. Təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.

YADDAŞ: 2020-ci ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib.

Qarşı tərəf əvvəlcə yüngül atıcı silahlar, sonra isə müxtəlif çaplı silahlar, eləcə də 60, 82, 120 millimetrlik minaatanlar və iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi (Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü) atəşə tutublar.

Cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal müvafiq əmr və göstərişlər verilib. Görülən tədbirlər nəticəsində Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, dayaq məntəqələri, döyüş texnikası, o cümlədən pilotsuz uçuş aparatları, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər və yüzədək canlı qüvvəsi məhv edilib.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-si axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

AZƏRTAC-ın bölgə müxbiri Tovuz hadisələrinin ildönümü ərəfəsində döyüşlərin baş verdiyi dövlət sərhədi istiqamətində olub, hərbçilərimizlə söhbət edib.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlətməyə çalışıb. Hətta bununla belə, erməni tərəfi itkilərinin bir qismini etiraf edib. Bir müddət sonra həqiqət üzə çıxmış və onlar itkilərini guya müxtəlif şəraitdə baş vermiş hadisələr zamanı qeydə alındığını bildirərək etiraf etmək məcburiyyətində qalıblar.

Əldə olunan məlumata görə, Ermənistan ordusunun itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli döyüşçüləri də olublar. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün erməni hərbi rəhbərliyi tərəfindən bu itkilər gizlədilib.

Dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək üçün ermənilər iyulun 14-dən 15-nə keçən gecə müxtəlif iriçaplı silahlardan istifadə etməklə Naxçıvan istiqamətində də təxribata əl atıb. Lakin bu istiqamətdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri tərəfindən də onun döyüş aktivliyinin qarşısı qətiyyətlə alınıb.

Ordumuzun hərbi qulluqçusu leytenant Ülvi Sadıqov bu gün bu ərazilərdə qürurla xidmət apardığını və istənilən təxribat cəhdinin qarşısını uğurla almağa hazır olduğunu deyib: “Tovuz döyüşləri zamanı ermənilərin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı və heç bir torpaq itkisi baş vermədi. Tovuz döyüşləri xalqımızın daha bir qəhrəmanlıq salnaməsinə çevrildi. Bu döyüşlərdə Ordumuz 12 şəhid verdi. Qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı”.

Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri sadəcə qarşı tərəfin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və bu istiqamətdə irəliləməsinin qarşısının alınmasına yönəldilmişdi. Hadisələrin dövlət sərhədində baş verməsinə baxmayaraq, hərbi qulluqçularımız heç bir halda qarşı tərəfin təxribatına uymadı. Təbii ki, bu döyüşlərdə bölmələrimizin qarşısında ermənilərin mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək məqsədi yox idi. İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında qeyd edildiyi kimi, “bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur”.

Təəssüf olsun ki, Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alarkən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid oldu.

“Vətəni qorumaq onun hər hansı bir yerində xidmət aparmaq mənim üçün böyük bir qürur hissidir. Hazırda xidmət apardığım ərazi Tovuz döyüşlərinin getdiyi yerdir. Bu, mənim və yoldaşlarımın məsuliyyətini daha da artırır. Xidməti vəzifəmizi yerinə yetirərkən nəzərlərimiz hər dəqiqə qarşı tərəfin üzərindədir. İstənilən təxribatın qarşısını almaq üçün hazırıq,” - deyə Ordumuzun hərbi qulluqçusu əsgər Bilal Bilalov deyib.

Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq, qürurverici haldır ki, şəhid general və zabitlərimiz tabeliklərində olan əsgərlərlə bir sırada, ön xətdə döyüşüblər. Döyüşlər zamanı yaşayış məntəqələri və qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına və fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

İyul döyüşlərinin davamı kimi təqribən bir ay sonra - avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edildi və döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü.

Dinc durmayan Ermənistan tərəfi sentyabrın 27-də növbəti genişmiqyaslı təxribata əl atdı və Azərbaycan hərbi siyasi rəhbərliyi bütün bu təxribatlara son qoymaq üçün genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsinə qərar verdi. Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımız cəmi 44 gün ərzində azad olundu. Bu müharibə bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Bir vaxtlar ordularının “məğlubedilməzliyi” mifi ilə öyünən Ermənistan rəhbərliyi cəmi 44 gündən sonra kapitulyasiya aktını imzaladı.

Tovuz döyüşləri xalqımızın daha bir qəhrəmanlıq salnaməsidir –  AZƏRTAC dövlət sərhədindən xəbər verir FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Tayvanda güclü zəlzələ baş verib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Bayden Zelenskiyə yeni silah paketinin tezliklə ayrılacağını vəd edib

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Prezident İlham Əliyev: Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq

Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb

Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

Prezident İlham Əliyev: Vladimir Putin və Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını qoyublar

Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər

Türkiyə, İraq, Qətər və BƏƏ “İnkişaf Yolu” layihəsi üçün səylərini birləşdirəcək

Prezident Vladimir Putin: Heydər Əliyev Baykal-Amur Magistralının tarixində müstəsna, böyük rol oynayıb

Prezident Vladimir Putin: BAM bütün XXI əsrdə böyük dərəcədə qlobal logistikanı müəyyən edəcək

Gürcüstan Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

Keniya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

II Ramzesın 3400 yaşı olan heykəli vətənə qaytarılıb

“Murov Az Terminal”ın baş məşqçisi: Rəqib hücumda və müdafiədə yaxşı oynadı

Gennadi Şmal: BAM veteranları Heydər Əliyevə minnətdardırlar

Kəngərli rayonunda avtomobillər toqquşub, yaralananlar var

BSU-da akademik Vaqif Abbasovla görüş təşkil edilib

UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır

İrakli Çikovani: Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır

Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri Helsinkidə müzakirə edilib

Macarıstanın öz istehsalı olan yaşıl enerjiyə ehtiyacı var

Dostluqdan şöhrətə uzanan yol: Görkəmli azərbaycanlı memarların uğurlu həyat hekayəsi

Gürcüstan parlamentarisi: Azərbaycanla münasibətlərin hazırkı səviyyəsindən məmnunuq

Azərbaycan səfiri Gürcüstanın iqtidar partiyasının sədri ilə regiondakı vəziyyəti müzakirə edib

Azərbaycan diasporu ilə Moldova hakimiyyəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Ətraf mühitin qorunması, dayanıqlı inkişaf və iqlim dəyişikliyi – təlim

Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb

David Sonqulaşvili: Xalqlarımızın tarixi ənənələrə söykənən əlaqələri bu gün də dinamik inkişaf edir

BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

“Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub VİDEO

Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

® “Caspian Investment Forum Bishkek 2024” 10 ölkə sahibkarlarını bir araya toplayıb

Rusiyalı politoloq: Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərib

V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub

Ölkə üzrə 38 min hektar sahəyə çiyid səpilib - proses davam edir

Azərbaycan Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir

ETX “Azərpoçt” əməkdaşları üçün maarifləndirmə tədbiri təşkil edib

AQTA: Bəzi “ekspert”lər və “mütəxəssis”lər həqiqətə uyğun olmayan populist bəyanatlar yayır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 12 iyul tarixli 93 nömrəli və “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 10 yanvar tarixli 4 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1013-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Azərbaycan-Çin əməkdaşlığı: iqtisadi, mədəni və insanlar arasında mübadilələr – panel iclas

Naxçıvanda 22 Aprel - Beynəlxalq Yer Günü qeyd olunub

İordaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmanı və demarkasiya səylərini alqışlayıb

® ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!

GDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Britaniyadakı qanunsuz miqrantlar 10-12 həftə ərzində Ruandaya yollanacaq

Prezident İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq VİDEO

"Barselona" "Real Madrid"lə oyunun təkrarlanmasını tələb edə bilər

Al-qırmızı xalıya bürünmüş Ağgöl Milli Parkından reportaj FOTO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır

BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar

Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub

İstanbul hava limanlarından üç ayda 27,1 milyon sərnişin istifadə edib

Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq genişlənir

Naxçıvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi Sankt-Peterburqda qeyd olunub

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Tərtərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Aqrar Universitet ilə Diclə Universiteti arasında memorandum imzalanıb

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyib

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

YAP Səbail rayon təşkilatında gənclərin “91-lər”lə görüşü təşkil edilib

“Azərpoçt”un “İnternet bankçılıq” xidməti istifadəyə verilib

® “Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

Aİ-nin növbəti sanksiyası Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanması”na qarşı olacaq

Professor Musa Qasımlı: Azərbaycanın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın reallığı dərk etməsidir

Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk VİDEO

Nasir Kənani: Cənubi Qafqaza xarici hərbçilərin yerləşdirilməsi xalqlarımızın maraqlarına cavab vermir

Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin icrasında böyük rol oynayıb VİDEO

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verilib

Dilçilik İnstitutu Qazaxıstan Milli Avrasiya Universiteti ilə əməkdaşlıq edəcək

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib

Xəzər dənizinin Azərbaycana mənsub sularına icazəsiz daxil olan iki İran vətəndaşı saxlanılıb VİDEO

Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar

Britaniyada iki nəfər Çinə casusluqda ittiham olunur

“Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlanıb