REGİONLAR


Tovuz məktəblisi: Geriyə maraqlı və xoş təəssüratla dönəcəyəm

Qəbələ, 23 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxmışıq. Bu tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanırıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratla dönəcəyəm”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tovuz rayonu Azaflı kənd orta məktəbinin 10-cu sinif şagirdi Səadət Məmmədova deyib.

Məktəbli bildirib ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxsalar da, buraya gələnədək yolboyu bir sıra rayonlarda olublar: “İlk dəfədir ki, bu regiona gəlmişəm. Səyahət zamanı hər addımda yeniliklərlə qarşılaşırıq. Bu bölgənin əsrarəngiz təbiət mənzərələri hər birimizə xoş təsir bağışlayır. Demək olar ki, tur-aksiyanın hər bir anı maraqlı və yaddaqalandır. Bizə belə bir imkan yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.