DÜNYA


Tovuz rayonu istiqamətində gedən döyüşlərə cəlb olunacaqlarını bilən dörd erməni zabiti fərarilik edib

Bakı, 30 iyul, AZƏRTAC 

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin dörd zabiti avtomobil qəzasında xəsarət alıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, fərarilik edən zabitlər Vartan Arakelyan, Artur Danelyan, Andranik Santryan və Ararat Atoyan avtomobil qəzasında xəsarət aldıqları üçün mülki xəstəxanaya çatdırılıblar. Həmin şəxslərin Ermənistan ordusunun zabitləri olduqları müəyyənləşdikdən sonra onlar hərbi hospitala təxliyə edilib.

KİV-lərin istinad etdiyi mənbənin məlumatına görə, erməni zabitlər Tovuz rayonu istiqamətində gedən döyüşlərə cəlb olunacaqlarını bildikdən sonra zabitlərdən birinin şəxsi avtomobili ilə xidmət yerini icazəsiz tərk edib gedərkən yolda qəzaya uğrayıblar.

Fakt ictimaiyyətdən ciddi-cəhdlə gizlədilsə də, fərarilik edən zabitlər barəsində hərbi polis tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.