CƏMİYYƏT
Tovuz rayonunda baş verən yanğın nəticəsində iki nəfər ölüb
Bakı, 24 fevral, AZƏRTAC
Tovuz rayonunda ikimərtəbəli evdə baş verən yanğın nəticəsində iki nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın ümumi sahəsi 320 kvadratmetr olan ikimərtəbəli yeddiotaqlı evdə qeydə alınıb. Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]