REGİONLAR


Tovuz rayonunda da şəhidlərimizin xatirəsi ehtiramla yad edilib VİDEO

Tovuz, 4 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Şəhidlərimizin əziz xatirəsi Tovuzda da bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin hər yerində olduğu kimi, bu rayonda da avtomobillər və piyadalar hərəkətini dayandırıb.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə Allahdan şəfa dilənib. Bildirilib ki, bu gün böyük qələbənin qazanılması məhz onların sayəsində oldu. Bundan sonra da ərazi bütövlüyümüzün və sərhədlərimizin qorunmasında müzəffər ordumuza uğurlar arzulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.