İQTİSADİYYAT


“Tovuz-tikinti-14” ASC-nin səhmləri Bakı Fond Birjasında ticarətə buraxılıb

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Tovuz-tikinti-14" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində ticarətə buraxılıb.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. Səhmləri satışa çıxaran birja üzvü “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bakı Fond Birjasında ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.