CƏMİYYƏT


Tovuz və Ağstafa rayonlarında uşaqların onkoloji müayinələri təşkil edilib

Bakı, 2 mart, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihə çərçivəsində Tovuz və Ağstafa rayonlarında uşaqların onkoloji müayinələri keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin səyyar həkim heyəti tərəfindən şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında müalicəsini aparmaq məqsədilə həyata keçirilən aksiya 1200-dən çox uşağı əhatə edib. Onlar qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, döş qəfəsinin rentgenoskopiyası və digər müayinələrdən keçirilib.

Tovuz və Ağstafa Rayon Mərkəzi Xəstəxanalarında aparılan müayinələr zamanı bir sıra uşaqlarda şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.

Tibbi müayinələrin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.