REGİONLAR
Tovuz və Ağstafada azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Bakı, 28 mart, AZƏRTAC
Tovuz və Ağstafada azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara ASC-nin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satışlar martın 29-da Tovuz rayonunun Qaraxanlı kəndində, martın 30-da isə Ağstafa rayonunun Korxəlfəli kəndində, kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə alırlar.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Tovuz rayonu üzrə +994050 344-93-86 (Rəhman Qasımov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Ağstafa rayonu üzrə +994050 357-32-43 (Elvin Musayev, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini) nömrəsi ilə əlaqə saxlaya bilərlər.