REGİONLAR
Tovuzda 60 yaşlı qadının meyiti dərədən tapıldı
Tovuz, 21 fevral, AZƏRTAC
Tovuzda 60 yaşlı qadının meyiti kənd ərazisindəki dərədən tapılıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Valya Hüseynovanın cansız bədəni kənd sakinləri tərəfindən aşkarlanıb.
Mərhumun ailə üzvləri bildiriblər ki, qadın üç gün idi evdən çıxmış və geri qayıtmamışdı. Onun itkin düşməsi ilə bağlı polisə də məlumat verilib.
Hadisə yerinə Tovuz rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]