REGİONLAR


Tovuzda “Yaradıcılıq emalatxanası”na yekun vurulub

Tovuz, 7 dekabr, R.Novruzoğlu, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tovuzda gənclərin “Yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilib. Layihə “Şuşa İli” və “Tovuz - Gənclər Paytaxtı” Tədbirlər planlarına müvafiq olaraq icra edilib.

AZƏRTAC xəbər verir ki, gənclər “Şuşa yaradıcılıq emalatxanası”nda incəsənətin foto, rəssamlıq və telejurnalistika, “Tovuz yaradıcılıq emalatxanası”nda isə kino, teatr, rəqs və estrada ifaçılığı sahələri üzrə təlimlərə qatılıblar.

Dekabrın 7-də Tovuzdakı Nizami Mədəniyyət Evində layihələrin bağlanış konserti və yekun sərgisi keçirilib, gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər.

Layihələrdə, ümumilikdə, 80-dən çox gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.