REGİONLAR
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Tovuz, 15 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Düzqırıqlı kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb.
Qəza nəticəsində 6 nəfər – 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]