REGİONLAR


Tovuzda arıçılara subsidiya verilib

Tovuz, 5 yanvar, AZƏRTAC

Tovuz rayonunda münasib iqlim şəraitinə və zəngin faunasına görə arıçılıq ildən-ilə inkişaf edir. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağını daha da artırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayonun 22 yaşayış məntəqəsində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin qeydiyyatı aparılıb, 472 arıçıya məxsus 7000 arı ailəsinə lövhələr (birkalar) vurulub və arıçıların hesablarına 70 min manat köçürülüb.

Digər yaşayış məntəqələrində arıçıların qeydiyyatı və sənədləşmə işləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.