CƏMİYYƏT


Tovuzda bir qrup qazi ilə görüş keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda bir qrup qazi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, onları 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Milli Məclisin komitə sədri vurğulayıb ki, indi biz bayramlarımızı xoş bir ovqatda, fərəhlə, qürurla qeyd edirik. “Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan Ordusudur, dövlət-xalq birliyimizdir. Biz əziz şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, ruhlarına ehtiramımızı bildiririk”, - deyə Q.Paşayeva qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin dünyanın güclü orduları sırasında özünəməxsus nüfuzu olduğunu bildirən komitə sədri deyib: “Sizlərin fədakarlığınız, igidliyiniz hesabına, əziz şəhidlərimizin canı bahasına xalqımız, dünya azərbaycanlıları, bütün Türk dünyası qürur yaşadı. Qərbin aparıcı mətbu orqanları Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki döyüş taktikasından yazır, təcrübəmiz öyrənilir, dərsliklərə salınır. 30 illik acımızı 44 günün içində Zəfərə, fərəhə çevirən Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyuruq”.

Görüşdə qazilərə və müharibə iştirakçılarına hədiyyələr təqdim edilib və problemləri dinlənilib. Görüşdə Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov və digərləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.