REGİONLAR


Tovuzda evə ildırım düşüb FOTO VİDEO

Tovuz, 27 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. Tovuzda yağan yağışdan sonra rayon ərazisində vətəndaşa məxsus evə ildırım düşüb.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb. İldırım düşdükdən sonra rayon sakini Elnur Bağırova məxsus evin dam örtüyündə yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib.

Hadisə zamanı evdə heç kim olmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.