REGİONLAR


Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb

Tovuz, 14 may, Rauf Hacıyev, AZƏRTAC

Tovuz rayon sakini rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər mayın 6-dan 7-nə keçən gecə ona məxsus mağazaya gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ayaz Qasımov şübhəli qismində saxlanılıb.

İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş olduğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.