REGİONLAR


Tovuzda oğurluq edən şəxslər saxlanılıb VİDEO

Tovuz, 7 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu il müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Əli Cəfərov saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda 20-yə yaxın vətəndaşın evindən qızıl-zinət oğurladığı məlum olub. Satdığı əşyalardan 18000 manatdan çox pul əldə edən Ə.Cəfərov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. Ə.Cəfərovun digər analoji cinayət hadisələri törətməsi istisna olunmadığından hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub, oradan 800 manat dəyərində qızıl-zinət əşyası və 400 manat nağd pul oğurlamaqda şübhəli bilinən rayonun Cəlilli kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Məmmədov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar edilib. Belə ki, S.Məmmədov həmkəndlisinin evindən 150 manat dəyərində qızıl-zinət əşyası və 50 manat nağd pul oğurlayıb.

Şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə rayon sakininə məxsus avtomobildən 300 manat nağd pul oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan rayon sakini saxlanılıb. Qeyd edək ki, həmin şəxs cari ilin iyul ayında vətəndaşa məxsus ümumi dəyəri 400 manat olan elektrik avadanlıqlarını oğurlayıb.

Faktlarla bağlı tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.