REGİONLAR


Tovuzda vaksinasiya prosesi uğurla icra olunur FOTO VİDEO

Tovuz, 20 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında 1 qəbul otağı, 1 qeydiyyat otağı, 2 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Hazırda risk qrupuna daxil olan səhiyyə işçilərinə ikinci doza peyvəndin vurulması davam etdirilir. Eyni zamanda, yaşı 50–dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvənd olunurlar.

“Bu gün ikinci doza üçün peyvənd edildim. Səhhətimdə heç bir narahatçılıq yoxdur. Özümü çox yaxşı hiss edirəm”, - deyə həkim Nəsib Səmədov bildirib.

Tovuz rayon Ailə Sağlamlıq Mərkəzinin şəhər bölməsinin rəhbəri Bahar Babayeva deyib ki, rayona hələlik 7130 vaksin ayrılıb, bunun da 2100-ü artıq istifadə edilib. “İndiyə kimi heç bir əks reaksiya olmayıb. 65 yaşdan yuxarı vətəndaşların da vaksinasiyasına başlamışıq. İndiyədək 800-dən artıq vətəndaş peyvənd olunub. Eyni zamanda, yaşı 50-dən yuxarı olan vətəndaşların da vaksinasiyası həyata keçirilir”, - deyə B.Babayeva əlavə edib.

Qeyd edək ki, rayonda 1027 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.