REGİONLAR


Tovuzda yaradılan aqroparkda 1400 baş ətlik mal-qara saxlanılacaq

Tovuz, 5 fevral, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızda qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına, fərman və sərəncamlarına, həmçinin qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq Ceyrançöl ərazisində maldarlıq kompleksinin inşası işləri davam etdirilir.

Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 15 milyon manat layihə-smeta dəyəri olan kompleksdə tikinti işlərinə 2017-ci ilin oktyabr ayından başlanılıb.

Kompleks fəaliyyətə başladıqdan sonra burada 1400 baş ətlik mal-qara saxlanılacaq. Hazırda tikinti-quraşdırma işlərinin davam etdiyi aqrokompleksdə 80 nəfər daimi, 40 nəfər isə mövsümi işlərdə çalışır. Gələcəkdə kompleksdə 110 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.

Ötən ilin yazında aqroparkın istifadəsində olan 550 hektar sahənin 450 hektarında qarğıdalı, 50 hektarında yonca əkilib. 2018-ci ilin payızında 170 hektar sahəyə buğda, 150 hektara isə arpa səpilib.

Aqroparkda əkinlərin suvarılması pivot suvarma üsulu ilə həyata keçirilib. Hazırda aqroparkda Kür çayından saatda 1200 kubmetr su vuran 3 ədəd nasos qurğusu fəaliyyətdədir. Əlavə olaraq bir ədəd nasos qurğusunun da işə salınması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.