REGİONLAR


Tovuzun Alakol kəndində 624 şagird üçün tikilən məktəb binası yeni dərs ilində istifadəyə veriləcək

Tovuz, 24 may, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da təhsil infrastrukturunun yenilənməsi istiqamətinə həyata keçirilən tədbirlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun Alakol kəndində N.Sadıqov adına tam orta məktəb üçün yeni binanın tikintisi aparılır.

2019/2020-ci tədris ilinin əvvəlində açılışı nəzərdə tutulan məktəb binası 3 mərtəbədən ibarətdir.

Artıq tikintisi yekunlaşmış binanın yaxın günlərdə daxilində təmir işlərinə başlanılacaq. 624 şagird üçün nəzərdə tutulan məktəb müasir maddi-texniki vasitələrlə də təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.