REGİONLAR


Tovuzun Qədirli kəndindəki körpələr evi-uşaq bağçası təmirdən sonra fidanların ixtiyarına verilib

Tovuz, 11 fevral, Rauf Hacıyev, AZƏRTAC

Tovuz rayonunun Qədirli kəndində körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Qədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşən Böyükkişiyev, bağçanın kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Məmməd Məmmədov əsaslı təmirdən sonra kənd körpələr evi-uşaq bağçasının açılışı münasibətilə sakinləri və bağçanın kollektivini təbrik edib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə böyük uğurla sosialyönümlü siyasət həyata keçirilir. Bunun nəticəsində son 15 ildə Azərbaycanda mükəmməl sosial infrastruktur yaradılıb. Gələcəyimiz olan uşaqların təlim–tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində ardıcıl iş aparılır. Davamlı olaraq məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilir. Keçən il Tovuz şəhərində 2 uşaq bağçası tikilərək istifadəyə verilib. “BP Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə Xatınlı kəndində uşaq bağçasının binası əsaslı təmir edilib. Hazırda Qovlar şəhərində dövlət vəsaiti hesabına 100 yerlik uşaq bağçasının tikintisi aparılır.

Sonra çıxış edən “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin həyata keçirdiyi sosial layihələrdən danışıb, Qədirli kəndində əsaslı təmir olunmuş məktəbəqədər təhsil müəssisəsinin pedaqoji kollektivinə uğurlar arzulayıb. B.Aslanbəyli belə layihələrin bundan sonra da davamlı olacağını deyib.

Kənd sakinləri çıxışlarında gələcək nəslin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçıları əsaslı təmirdən sonra körpələr evi–uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.