İQTİSADİYYAT


Toxuculuq, geyim, ayaqqabı sahələrində 272,8 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 28 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 272,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 59 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 12,9 faiz artım, toxuculuq sənayesində 22,8 faiz azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.