İQTİSADİYYAT


Toxuculuq, geyim və ayaqqabı sahələrində 392,3 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 19 noyabr, AZƏRTAC

Bu ilin on ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 392,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 35,6 faiz, toxuculuq sənayesində 42 faiz artım, geyim istehsalında isə 14,5 faiz azalma müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.