İQTİSADİYYAT


Toxuculuq sənayesində 98,5 faiz artım olub

Bakı, 19 avqust, AZƏRTAC

Bu ilin ilk yeddi ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 135,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə toxuculuq sənayesində 98,5 faiz, geyim istehsalında 49 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 38,3 faiz azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.