MƏDƏNİYYƏT


Toxuduğu bir incidir, ölkəmizdə birincidir – “Azərxalça”nın İsmayıllı filialından fotolar

Bakı, 3 avqust, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 10 filialı fəaliyyət göstərir. Bu filiallardan biri də İsmayıllı rayonunda yaradılıb.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, digər filiallar kimi İsmayıllıdakı xalça emalatxanası üçün də müasir bina inşa olunub, toxuculara yüksək iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Şirvan qrupuna aid xalçalar toxunur. “Azərxalça”nın İsmayıllı filialından fotolar təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.