Toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər aşkarlanıb
AzerTAg.az

Bakı, 9 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Gürcüstandan idxal etdiyi toxumluq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Sınaq protokollarına əsasən, məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.
Xəbərin mətnində orfoqrafik səhv var