DÜNYA
“Toyota” Çindəki zavodlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb
Bakı, 29 yanvar, AZƏRTAC
“Toyota” şirkəti Çindəki zavodlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu barədə şirkətin Tokiodakı sözçüsü mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Çində koronavirusla bağlı yaranmış vəziyyətə görə digər müəssisələr kimi “Toyota” avtomobillərinin ehtiyat hissələrini istehsal edən zavodlar da normal iş rejimində fəaliyyət göstərə bilmir. Şirkət rəhbərliyi müəssisələrin fəaliyyətini fevralın 9-dək dayandırmaq qərarına gəlib. Fevralın 10-da həmin müəssisələrin fəaliyyətinin bərpa edilməsinin mümkün olub-olmaması ilə bağlı qərar qəbul ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]