DÜNYA


“Toyota” Rusiyaya avtomobil detalları göndərmir

“Toyota” Rusiyaya avtomobil detalları göndərmir

Bakı, 7 fevral, AZƏRTAC

Yaponiyanın “Toyota Motor” avtomobil konserni Rusiyaya detallar göndərmir, lakin sanksiyalara məruz qalmayan komponentlər dilerlər vasitəsilə oraya aparıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Toyota Motor” konserninin mətbuat xidməti məlumat yayıb. “Kompaniyamız Rusiyaya detal göndərilməsini bərpa etməyib, bu, həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilib.

“Toyota” Rusiyanın Sankt-Peterburq şəhərindəki yığım müəssisəsini 2022-ci ilin sentyabrında bağlayıb. Zavod ildə 100 min avtomobil istehsalı üçün nəzərdə tutulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.