DÜNYA


“Toyota” avtomobillərin satışına görə birinci yerə yüksəlib

“Toyota” avtomobillərin satışına görə birinci yerə yüksəlib

Tokio, 28 yanvar, AZƏRTAC

Yaponiyanın “Toyota” avtomobil istehsalı şirkəti son 5 ildə ilk dəfə satışa görə dünyada birinci yerə qalxıb.

AZƏRTAC xəbər verir ki, “Toyota” 2020-ci ildə bütün dünya üzrə 9,5 milyon ədəd avtomobil satıb. Buraya “Daihatsu Motor” və “Hino Motors” kimi brendlər də daxildir.

İşgüzar fəallığın bu göstəricisi “Toyota” şirkətinə əsas rəqibi olan Almaniyanın “Volkswagen” şirkətini üstələməyə şərait yaradıb. Son 4 ildə Almaniya şirkəti satışa görə dünyada birinci olub. Ötən il “Volkswagen” şirkəti 9,3 milyon avtomobil satıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası satışa ciddi təsir göstərdiyinə görə, dünyanın aparıcı avtomobil istehsalı şirkətləri ziyana düşüb. Belə ki, “Toyota” şirkətinin göstəriciləri 11,3 faiz, “Volkswagen” şirkətininki isə 15,2 faiz aşağı düşüb.

Keçən ilin ikinci yarısında bütün dünya üzrə iqtisadiyyatın bərpası başladıqdan sonra avtomobillərə tələbat da artıb. “Toyota” şirkəti ABŞ-da və Çində satışları artırmağa müvəffəq olub. Bununla da 2020-ci ildə baş verən ümumi azalmanın qarşısını alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.