DÜNYA


“Toyota” hidrogen yanacağı ilə işləyən avtomobilin yeni modelini təqdim edib

Tokio, 11 oktyabr, AZƏRTAC

“Toyota” şirkəti hidrogen yanacağı ilə işləyən avtomobilin yeni modelini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu, şirkətin ekoloji təmiz nəqliyyat vasitələri bazarında özünə yer qazanmaq üçün növbəti cəhdidir. Avtomobil həvəskarlarına təqdim edilən “Miray” modeli şirkətin 2014-cü ildə hazırladığı hidrogen yanacağı ilə işləyən ilk modelidir.

Yeni modelin daxili məkanının xeyli genişləndirilməsi nəticəsində 5 nəfərin yerləşdiyi bildirilir. Yeni modelin hərəkət uzaqlığı da üçdəbir qədər artırılaraq 700 kilometrə çatdırılıb.

Avtomobilin yeni modeli barədə məlumat verən Yoşikazu Tanaka deyib: “Ümid edirik ki, bu avtomobil bizi ekoloji cəhətdən təmiz enerji cəmiyyətinə daha da yaxınlaşdıracaq”.

“Miray” modelinin gələn ilin sonlarında bazara çıxarılması planlaşdırılır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.