DÜNYA


“Toyota” şirkəti 2020-ci maliyyə ilində 20 milyard dollar təmiz mənfəət qazanıb

Tokio, 12 may, AZƏRTAC

Yaponiyanın “Toyota Motor Corporation” şirkəti cari ilin martında baş çatmış ötən maliyyə ilində 2,2 trilyon yen (təqribən 20 milyard dollar) təmiz mənfəət əldə edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumat şirkətin mayın 12-də yaydığı maliyyə hesabatında əksini tapıb.

Bildirilir ki, hesabat dövründə şirkətin istehsal xətləri və avtomobillərin satışı koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti zərər çəkib. Lakin şirkətin planlaşdırdığı kimi, yeni modellərin təqdimatı satışın həm ABŞ-da, həm də Çində tezliklə bərpasına təsir göstərib.

Şirkətdən bəyan ediblər ki, həmçinin yarımkeçiricilərin qlobal defisitinin qarşısını da almaq mümkün olub.

Bununla yanaşı, şirkətin 2021-ci ilin aprelindən 2022-ci ilin martınadək davam edəcək növbəti maliyyə ilində 21 milyard dollar təmiz mənfəət proqnozlaşdırdığı da bildirilir. Həmin proqnoza əsasən, bütün dünya üzrə 10,55 milyon avtomobilin satılacağı qeyd edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.