DÜNYA


“Toyota” şirkəti və Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi “Lunaxod” yaradacaqlar

Tokio, 14 mart, AZƏRTAC 

“Toyota” avtomobil istehsalı şirkəti və Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi pilot tərəfindən idarə ediləcək “Lunaxod”un yaradılması barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu məlumatı tərəflər Tokioda keçirilən mətbuat konfransında açıqlayıblar. Bildirilir ki, razılaşmaya əsasən insan tərəfindən idarə ediləcək və Ayın səthində 10 min kilometr məsafəni qət edə biləcək aparatın yaradılması planlaşdırılır. Bunun üçün “Toyota” şirkətinin hidrogen yanacağı ilə işləyən mühərrik istehsalı texnologiyasından istifadə olunacaq.

Eyni zamanda, tərəflərin “Toyota” şirkətinin aparatın avtopilotda hərəkət etməsi və işləmə müddətinin uzadılması ilə bağlı təcrübəsindən istifadə olunması nəzərdə tutulur.

İlkin olaraq kabinəsinə iki nəfərin yerləşəcəyi aparatın yaradılması planlaşdırılır. Yeni aparatın 2029-cu ildə kosmosa göndəriləcəyi gözlənilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.