DÜNYA


“Toyota”nın qlobal miqyasda istehsalı 9 ayda ilk dəfə artıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Yapon avtomobil markası “Toyota” qlobal miqyasda istehsalının son 9 ayda ilk dəfə artdığını açıqlayıb. Belə ki, sentyabr ayında şirkətin avtomobil istehsalı 11,7 faiz artaraq 841 min 915 ədədə yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Toyota Motor” tərkibindəki “Daihatsu” və “Hino” markaları da daxil olmaqla sentyabr ayı üzrə istehsal və satış rəqəmlərini açıqlayıb. Beləliklə “Toyota”nın dünya miqyasında istehsal və satış göstəriciləri sentyabr ayında bərpa olunub və keçənilki səviyyələri ötüb. Yanvar ayından bəri ilk dəfə artan şirkətin istehsalı sentyabrda əvvəlki ilin eyni ayına görə 11,7 faiz artaraq 841 min 915-ə çatıb. Nəticəyə Çin və Yaponiyadakı istehsal artımı təsir edib.

Digər tərəfdən, qlobal istehsal “Daihatsu”da 10,1 faiz düşərək 121 min 483 ədəd, “Hino”da isə 37,2 faiz azalma ilə 10 min 459 ədəd olub.

“Toyota”nın qlobal miqyasda satışları da sentyabr ayında keçən ilin eyni ayına görə 1,9 faiz artaraq 837 min 49 ədədə yüksəlib. ABŞ və Çindəki satışlar bu artıma təsir edib. Eyni dövrdə “Daihatsu”nun qlobal satışları 22,5 faiz azalaraq 65 min 512, “Hino”nun isə 22,5 faiz azalaraq 13 min 846-ya enib.

Bu ilin 9 ayında “Toyota”nın qlobal satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz azalaraq 6 milyon 76 min 468 ədəd olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.