SİYASƏT
Toyvo Klaar: Cənubi Qafqazda həll olunmamış münaqişələr bölgənin hərtərəfli inkişafına maneələr yaradır
Tbilisi, 13 may, AZƏRTAC
Cənubi Qafqazdakı təhlükəsizlik yalnız region ölkələri üçün deyil, Avropa İttifaqı üçün də çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi Toyvo Klaar Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumundakı çıxışı zamanı söyləyib.
O deyib ki, Cənubi Qafqazda həll olunmamış münaqişələr bölgənin hərtərəfli inkişafına ciddi maneələr yaradır. Bölgədəki münaqişələr bir sıra iqtisadi, mədəni əlaqələrin zəifləməsinə səbəb olub. Ümumiyyətlə, həll olunmamış münaqişələr bölgədə təhlükəsizliyə təhdid olmaqda davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi