İDMAN
“Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakı, 5 iyul, AZƏRTAC
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, Super Liqa təmsilçisi Misir yığmasının və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçi Mahmud Trezeqeni transfer edib.
Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. İyirmi yeddi yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.
“Trabzonspor” bu transfer üçün “Aston Villa”ya 4 milyon avro təzminat ödəyəcəyini bəyan edib. Futbolçunun özü isə ilinə 1 milyon 550 min avro qazanacaq.
Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, geridə qalan mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”də icarədə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]