İDMAN


“Trabzonspor” komandası “Liverpul”un hücumçusunu heyətinə cəlb edib

Bakı, 21 avqust, AZƏRTAC 

Türkiyənin “Trabzonspor” klubu İngiltərənin “Liverpul” komandasından Daniel Starrici transfer edib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İngiltərə yığmasının 29 yaşlı hücumçusu ilə üçillik müqavilə imzalanıb. O, Türkiyə klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, D.Starricin altı il çıxış etdiyi İngiltərənin “Liverpul” klubu ilə müqaviləsi başa çatıb. Daha əvvəl “Çelsi” və “Mançester Siti” komandalarının da formasını geyinən oyunçu İngiltərə Premyer Liqasında 218 matçda 76 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.