DÜNYA


Tramp Ağ evdə Baltikyanı ölkələrin prezidentlərini qəbul edəcək

Vilnüs, 22 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp aprelin 3-də Ağ evdə Litva, Latviya və Estoniyanın prezidentləri ilə görüşəcək.

Litva Prezidentinin köməkçisi Neriyus Alyakseyunas BNS-ə bildirib ki, bu ölkənin dövlət başçısı Dalya Qribauskayte ABŞ Prezidenti ilə görüşdə təhlükəsizlik məsələsini və NATO-nun iyulda keçiriləcək zirvə görüşünün gündəliyini müzakirə edəcək. Onun sözlərinə görə, Şimali Atlantika alyansı batalyonlarının və ABŞ qoşunlarının regionda olması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi Vilnüs üçün əhəmiyyətlidir.

N.Alyakseyunas əlavə edib ki, görüşdə iqtisadi əməkdaşlıq, o cümlədən Litvanın ABŞ-dan sıxılmış təbii qaz idxal etməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.

Litva Prezidentinin köməkçisi sonda bildirib ki, ABŞ bu səfərə xüsusi diqqət göstərərək ona yüksək diplomatik status verib və işgüzar səfər deyil, ABŞ və Baltikyanı ölkələrin Zirvə görüşü adlandırıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.