DÜNYA


Tramp Baydeni ABŞ-ın dünyada nüfuzunu azaltmaqda ittiham edib

Vaşinqton, 3 dekabr, AZƏRTAC

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Bayden hakimiyyətə gələndən sonra Amerikanın dünyada nüfuzu ən aşağı səviyyəyə enib.

AZƏRTAC xəbər verir ki, Tramp Böyük Britaniyanın “GB News” telekanalına verdiyi müsahibədə deyib: “Bizə daha hörmət etmirlər”. Tramp müxbirin ABŞ-ın dünyada vəziyyəti barədə sualına cavab olaraq deyib ki, hazırda Amerikanın reytinqi ölkənin tarixində ən aşağı səviyyədədir. Tramp daha sonra əlavə edib ki, o, prezident vəzifəsindən gedəndən sonra Vaşinqtonun təsirinin zəifləməsi fonunda bütün dünyada beynəlxalq vəziyyət gərginləşib. Siyasətçi qeyd edib ki, indi ABŞ neft almaq üçün Səudiyyə Ərəbistanına, Rusiyaya və OPEK ölkələrinə yalvarmağa məcburdur.

Sabiq prezident daim Co Baydeni tənqid edir. Ağ evin keçmiş rəhbəri mart ayında Baydenin prezidentliyinin birinci ayını “fəlakətli ay” adlandırıb, avqust ayında isə Əfqanıstanda baş verən hadisələrə görə öz opponentinin istefa verməsini təklif edib.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.