DÜNYA


Tramp Putinlə görüşü ətrafında yaranan vəziyyəti “Oskar” mərasiminə bənzədib

Bakı, 28 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşü ətrafında yaranan vəziyyəti zarafatla “Oskar” mükafatının təqdimetmə mərasiminə bənzədib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika və Rusiya mətbuatının nümayəndələri danışıqların getdiyi otaqdan bütün mümkün vasitələrlə canlı yayım aparıblar. Onların səs-küyü prezidentlərin səsini eşidilməz edib. Jurnalistlər prezidentlərin giriş sözlərindən həm əvvəl, həm də sonra suallar verir, protokol çəkilişindən sonra isə nümayəndə heyətlərinin xahişlərinə baxmayaraq, uzun müddət danışıq otağını tərk etmək istəmirdilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 28-də Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşüb. Prezidentlər 1 saat 20 dəqiqə davam edən danışıqlar zamanı Moskva və Vaşinqtonun silahlanmaya nəzarət modeli barədə müzakirələri davam etdirməsi barədə razılığa gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.