DÜNYA


Tramp xaricdən gələn ixtisaslı işçilərə viza verilməsini sadələşdirmək niyyətindədir

Vaşinqton, 12 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb ki, onun administrasiyası yüksəkixtisaslı əcnəbi mütəxəssisləri ABŞ-da işə cəlb etmək məqsədilə onlara H-1B vizası verilməsi siyasətinə yenidən nəzər salmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Trampın bəyanatında deyilir: “Birləşmiş Ştatlarda H-1B vizası olan şəxslər əmin ola bilərlər ki, yaxın vaxtlarda bu sahədə ediləcək dəyişikliklər sayəsində həmin şəxslərin ABŞ-da yaşamasına, o cümlədən potensial vətəndaşlıq əldə edəcəyinə əminliyi təmin olunacaq. Biz ABŞ-da karyera qurmaq istəyən istedadlı və yüksəkixtisaslı insanları həvəsləndirmək istəyirik”.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hələ 2018-ci il noyabrın axırlarında bəyan edib ki, ABŞ-ın təhsil müəssisələri tərəfindən verilmiş magistr diplomu və daha yuxarı səviyyəli sənədləri olan əcnəbilərə üstünlük veriləcək.

Məlum olduğu kimi, H-1B proqramı Amerika şirkətlərinə informasiya texnologiyaları, tibbi xidmətlər, neft sənayesi və başqa sahələr üzrə yüksəkixtisaslı mütəxəssisləri işə cəlb etməyə imkan verir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.