DÜNYA


Trampı müdafiə edən tərəf impiçment barədə iş üzrə çıxışını başa çatdırıb

Vaşinqton, 13 fevral, AZƏRTAC

ABŞ-ın 45-ci Prezidenti Donald Trampın impiçmenti barədə iş üzrə proses çərçivəsində onu müdafiə edən tərəf ABŞ Senatında çıxışını başa vurub.

AZƏRTAC xəbər verir ki, müdafiə tərəfinin çıxışı üçün ayrılmış 16 saatdan 3 saatı kifayət edib. Demokratlar iki gün ərzində öz dəlillərini göstəriblər. Bundan sonra suallar və cavablar sessiyası başlayıb. Birinci sual Senatda demokratların lideri Çak Şumer və Kaliforniya ştatından olan senator Dayann Fayşteyn tərəfindən verilib. Onlar impiçment üzrə menecerlərdən soruşublar: “Məgər yanvarın 6-da Kapitoliyə zorakı hücum və binanın mühasirəyə alınması Prezident Trampın qeyri-adekvat davranışının nəticəsi deyildimi?”

Bundan əvvəl bu həftə demokratlar onlarca videomateriallar nümayiş etdirərək təsdiqləyiblər ki, Trampın Kapitoliyə hücuma səbəb olan hərəkətləri elə hücum zamanı kütləni aqressivliyə təhrik edib, bu da qanunvericilərin həyatını təhlükə altına alıb və 5 nəfərin, o cümlədən Kapitolinin polis zabitinin ölümü ilə nəticələnib.

Trampı müdafiə edən tərəf ittihamçı tərəfi riyakarlıqda təqsirləndirib. Vəkillərdən biri Devid Şoyen fikir verib ki, demokratlar Prezidentin öz çıxışında “mübarizə aparmaq” kəlməsini tez-tez istifadə etməsinə və bundan sonra Kapitoliyə hücum baş verməsinə diqqəti çəkiblər. Müdafiə edən tərəfin təqdim etdiyi videomateriallarda Trampın bu sözü hansı kontekstdə istifadə etdiyi göstərilib. Həmçinin onlar demokratların özünün, o cümlədən Prezident Co Baydenin bu sözdən istifadə etdikləri videoçıxışları da təqdim ediblər. Şoyen Nümayəndələr Palatasının impiçment üzrə menecerlərini öz nöqteyi-nəzərlərində nümayiş etdirdikləri “oradan-buradan götürülən videokadrların redaktəsində” ittiham edib. Şen impiçment barədə materialı “qorxutma taktikası” adlandırıb və Nümayəndələr Palatasının menecerlərini riyakarlıqda ittiham edib.

Əgər hər iki tərəf özlərinin yekun dəlilləri ilə çıxış edənə qədər demokratlar şahid ifadələri və əlavə sübutlar təqdim etməyi planlaşdırırsa, məhkəmə prosesinin sonrakı mərhələsində həmin ifadələr və sübutlar nəzərdən keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Trampa impiçmenti Nümayəndələr Palatası elan edib. Əgər Senat da belə hərəkət edərsə, o halda 45-ci Prezidentin dövlət vəzifələrini tutmasına ömürlük qadağa qoyula bilər.

AZƏRTAC-ın Vaşinqton bürosu-0-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.