DÜNYA


Trampın inauqurasiya komitəsi Nyu-York prokurorluğuna maliyyə hesabatı təqdim etməlidir

Vaşinqton, 5 fevral, AZƏRTAC

Nyu-York şəhərinin prokurorluğu 2017-ci il yanvarın 20-də keçirilmiş prezident inauqurasiyasının xərcləri haqqında maliyyə sənədlərinin təqdim edilməsi üçün Prezident Donald Trampın inauqurasiya komitəsinə sorğu göndərib. Bu təhqiqat prokurorluğun korrupsiya ilə mübarizə şöbəsi tərəfindən aparılacaq.

AZƏRTAC amerikan KİV-lərinə istinadla xəbər verir ki, Trampın ölkənin 45-ci prezidenti kimi inauqurasiyasının keçirilməsini təşkil edən komitə bu məqsədlə 107 milyon dollar cəlb edib ki, bunun da 104 milyonu xərclənib. Prokurorluq sponsorların Trampın kampaniyasına bu maliyyə vəsaitinin siyasi xarakter daşıyan xidmətlərin müqabilində, yaxud Prezidentin administrasiyasına təsir göstərmək üçün ayrıldığını aydınlaşdırmaq istəyir.

Trampın inauqurasiya komitəsinin nümayəndəsi Ouen Bliksilverin bəyanatında bildirilir ki, komitə müstəntiqlərlə əməkdaşlıq edəcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.