DÜNYA


Trampla Kim Çen Inın ikinci görüşü Hanoyda keçiriləcək

Bakı, 9 fevral, AZƏRTAC

KXDR və ABŞ liderlərinin ikinci görüşü fevralın 27-28-də Hanoyda keçiriləcək.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu cümə günü Amerika prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.

"Mənim nümayəndələrim olduqca məhsuldar görüşdən və Kim Çen In ilə ikinci sammitin keçirilmə vaxtını və tarixini razılaşdırdıqdan sonra yenicə Şimali Koreyanı tərk ediblər. O, fevralın 27-28-də Hanoyda, Vyetnamda baş tutacaq", - deyə Tramp yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.