İQTİSADİYYAT


“TransCaspian/Translogistica – 2018” sərgisində Azərbaycanın karqo xidmətinə maraq böyükdür

Bakı, 12 iyun, Elvin Camalov, AZƏRTAC

“TransCaspian/Translogistica – 2018” sərgisində “Silk Way West Airlines”ın karqo xidmətinə maraq böyükdür.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin uçuşların planlaşdırılması və koordinasiya şöbəsinin rəisi Murad Yusifov deyib.

O bildirib ki, Bakıda keçirilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica – 2018” sərgisində “Silk Way West Airlines” şirkətinin stendinə ziyarətçilər tərəfindən olduqca böyük maraq var. Daim öz təyyarə bazasını yeniləyən və uçuş istiqamətlərini artıran aviaşirkətin xidmətləri diqqəti cəlb edir. Stendə yaxınlaşan sərgi iştirakçıları və ziyarətçiləri maraqlandıran suallar yüklərin daşınma şərtləri, qiymət və əməkdaşlıq barədədir.

Xatırladaq ki, “TransCaspian/Translogistica”-2018”də dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq.

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.