ELM VƏ TƏHSİL


Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının builki konfransı onlayn rejimdə keçiriləcək

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 21-25-də Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA Networking Conference – TNC 21) 36-cı konfransı keçiriləcək.

AZƏRTAC “ict.az” saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq TNC 21 konfransı ilk dəfə olaraq onlayn rejimdə olacaq.

Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) mühüm tədbirlərindən olan TNC ən böyük elm və təhsil şəbəkə konfransıdır. TNC konfransı iştirakçılara tədqiqat şəbəkəsindəki ən son yenilikləri, həmçinin elm, praktika və idarəetmə sahələrində innovativ baxışları təqdim edir.

Bu mötəbər tədbir hər il dünyanın müxtəlif ölkələrinin elmi təşkilatları və universitetlərindən olan alim və tədqiqatçıları, həmçinin sənaye şəbəkələri, kibertəhlükəsizlik və s. kimi sahələrin mütəxəssislərini bir araya gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.